Yeddi ölkənin xarici işlər nazirləri Kiyevə səfər ediblər

Yeddi ölkənin xarici işlər nazirləri Kiyevə səfər ediblər<span class="qirmizi"></span>

Litva, Latviya, Estoniya, Finlandiya, İsveç, Norveç və İslandiyanın xarici işlər nazirləri Kiyevə səfərə gəliblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs tviter səhifəsində bildirib.

Nazirin sözlərinə görə, nazirlər Kiyevdə Ukrayna rəhbərliyi ilə bir sıra görüşlər keçirəcəklər. Danışıqların mövzusu Ukraynaya veriləcək dəstək olacaq.

Rinkeviçs, həmçinin yazıb: "Bu, Rusiyanın hərbi təcavüzü başlayandan bəri Ukraynaya səfər edən ən böyük nazirlər qrupudur. Əsas məsələ Ukraynaya dəstəyin davam etdirilməsidir".

 

Mənbə: azertag.az