"ABŞ Avropa ilə küçə qızı kimi davranıb" - Medvedev

"ABŞ Avropa ilə küçə qızı kimi davranıb" - Medvedev<span class="qirmizi"></span>

"ABŞ Avropa ilə dürüst davranmayıb və onunla gəlirləri bölmək istəmir..."

"Xəyanətkar və natəmiz cinsi tərəf-müqabilləri ilə münasibətləri pozmaq və yeni azad həyata başlamaq olar. Amma Avropa ölkələrinin çətin ki, buna qətiyyəti çatsın..."

Rusiyanın sabiq prezidenti və baş naziri, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev bəyan edib ki, tezliklə Vaşinqtonun hərəkətləri səbəbindən ABŞ və Avropa "boşanacaq".

Moderator.az xəbər verir ki, bu barədə o, özünün Telegram-kanalında yazıb. Məlumatı "Ura.ru" nəşri yazıb.

Onun sözlərinə görə, ABŞ Avropanın iqtisadi maraqlarını unudur və öz ərazisində aparıcı Avropa şirkətlərinin tez inteqrasiyası üçün şərait yaradır.

"ABŞ Avropa ilə dürüst davranmayıb və onunla gəliri bölmək istəmir", - o, yazıb.

"Götürdülər Avropanı təminatdan çıxardılar. Onunla küçə qızı kimi davrandılar. Əlbəttə, xəyanətkar və natəmiz cinsi (bağışlayın, iqtisadi) tərəf-müqabilləri ilə münasibətləri qətiyyətlə pozmaq və yeni azad şəxsi həyata başlamaq olar. Onu müstəqil və kimsədən asılı olmayaraq qurmaq olar. Lakin Avropa ölkələrinin çətin ki, buna qətiyyəti çatsın", - Medvedev yazıb.

Onun sözlərinə görə, ABŞ və Avropa arasında münasibətlər "iqtisadi xəyanət" ucbatından çirkli qalmaqalla sona yetə bilər. Qərb Avropanı aldadıb və onunla gəlirini bölməyi planlaşdırmır, həmçinin tərəf-müqabilindən sonuncunu əlindən alır.

Onun sözlərinə görə, Vaşinqton öz müştərilərini həvəsləndirir, onlar da Amerika mallarını alır. Rusiyaya qarşı sanksiyalar ucbatından Avropa şirkətlərinin öz ölkələrində işləmək imkanları azalıb. Bu zaman onlar Rusiyaya bazarına gedə bilmir, Çinin öz malları var, amma ABŞ Avropa şirkətlərinə məmnundur, - Medvedev qeyd edib.

Bundan öncə Dövlət Dumsının sədri Vyaçeslav Volodin bəyan edib ki, ABŞ Avropanı Rusiyaya qarşı sanksiyalar müharibəsinə cəlb edib.

Onun sözlərinə görə, Avropa İttifaqı Rusiyanın enerjiresurslarının dəyərini anlayıb, RT məlumat verib.

Çinin "Global Times" nəşri yazıb ki, ABŞ NATO-nun köməyilə Avropa İttifaqını özünə tabe etmək istəyir.

Mənbə: moderator.az