Ərdoğan: “Təhlükəsizliklə bağlı addımlar atarkən heç kimdən icazə almırıq”

Türkiyə terrorun cavabını döyüş meydanında verir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

O qeyd edib ki, Türkiyənin cənub sərhədlərində həyata keçirdiyi əməliyyatlarda bir neçə terrorçu məhv edilib.

Türkiyə liderinin sözlərinə görə, terrorçular çirkin üzünü göstərərək mülki insanları hədəf aldı.

"Vətənimizin, xalqımızın təhlükəsizliyi ilə bağlı addımlar atarkən heç kimdən icazə almırıq və heç kimin qarşısında cavab verməyəcəyik. Türkiyənin təhlükəsizlik zolağını genişləndirməyə yönəlmiş hərbi əməliyyatları heç kəsi narahat etməməlidir",- deyə Türkiyə Prezidenti əlavə edib.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Rumıniya prezidenti: "NATO Şərqi Avropada güclənməlidir"

SONRAKI XƏBƏR

DÇ-2022: Braziliya millisi pley-offa vəsiqəni təmin edib