Ərdoğan hərbi əməliyyatlar barədə: "Heç kimdən icazə almadığımız kimi, hesab da vermərik"

“Nazirlər Kabinetinin bugünkü iclasında təhlükəsizlik təhdidləri ilə bağlı aparılan əməliyyatları ətraflı müzakirə etdik. Ölkəmizin sərhədlərini 30 kilometr dərinlikdə təhlükəsizlik zolağı ilə qorumaq qərarımız yaşadığımız hər hadisə ilə daha da güclənir”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Minlərlə kilometr uzaqdan gəlib terrorçu ilə məsumu ayırd etmədən hər yeri yandıranlar Türkiyənin bu həssaslığına hörmət etməlidir. Heç kimdən icazə almadığımız kimi, heç kim qarşısında da hesab vermərik. Terrorçu olaraq tanınmış təşkilata ad dəyişmə oyunları ilə dəstək verənlərin ikiüzlülüyünə dözəcək vəziyyətdə deyilik”, - dövlət başçısı bildirib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Benzema qayıda bilər

SONRAKI XƏBƏR

Tarkan tənqidlərə cavab verdi - “Yenə insanlığımdan utanıram”