Rusiyanın Ottavadakı səfiri Oleq Stepanov Kanada Xarici İşlər Nazirliyinə çağırılıb. AzVision.az xəbər verir ki, bu barədə səfir özü məlumat verib. Bundan əvvəl Kanada KİV-ləri rusiyalı diplomatın LGBT təbliğatını qadağan edən qanun layihəsi ilə bağlı səfirliyin nəşrlərinə görə Kanada Xarici İşlər Nazirliyinə çağırıldığını bildirib.
Noyabrın 24-də Dövlət Duması media, internet, ədəbiyyat və kinoda pedofiliyanın təbliği və əsaslandırılmasına və cinsiyyətin dəyişdirilməsinə görə cəza nəzərdə tutan ənənəvi dəyərlərin qorunması haqqında qanun layihəsini ikinci oxunuşda qəbul edib.