Almaniya Ukraynaya silah tədarükündən sonra hərbi xərclərə 20 milyard avro ayırır

Almaniya Ukraynaya silah tədarükündən sonra hərbi xərclərə 20 milyard avro ayırır.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin sözçüsü Şteffen Hebestreyt deyib.

O, Ukraynaya silah tədarükü və büdcə bölgüsü ilə bağlı problemlər fonunda Bundesverdə döyüş sursatı olmadığını bildirib.

Hebestreyt qeyd edib ki, Almaniya kansleri Olaf Şolts noyabrın 28-də nazirliklər və müşavirlərlə görüş keçirəcək. Federal hökumət və Bundestaq büdcədən 20 milyard avronu ölkənin ehtiyatlarının artırılmasına sərf etmək niyyətindədir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Oğuzda bir ay əvvəl ağacdan yıxılan vəzifəli şəxs ölüb

SONRAKI XƏBƏR

Prezidentin Vasif Talıbova şok xəbərdarlığı – VİDEO