İsveçin cinsi qısnamada ittiham olunan MOK rəhbəri istefa verib

İsveçin cinsi qısnamada ittiham olunan MOK rəhbəri istefa verib<span class="qirmizi"></span>

55 yaşlı Mats Oryes qatarda əlini qadının ayağı üzərinə qoyaraq seksual çalarlarla danışdığına görə məhkəməyə verilib.

İsveç Milli Olimpiya Komitəsinin rəhbəri ona qarşı cinsi qısnama ittihamı ilə iş açıldığı üçün vəzifəsini müvəqqəti olaraq tərk edib.

İddianı qaldıran qadın bildirib ki, hadisə iyun ayında yaşanıb.

Oryes vəziyyəti “inanılmaz dərəcədə xoşagəlməz” adlandırıb.

“Onun sözləri mənim sözlərimə qarşıdır. Mən cinayəti inkar edirəm”, - MOK rəhbəri bildirib.

Qeyd edək ki, Oryes 2018-ci ildən İsveç MOK-un rəhbəridir, 2008-2018-ci illərdə isə İsveç Xizək Assosiasiyasının rəhbəri olub.

Mənbə: www.oxu.az