Qarabağa "neytral status" - ƏHALİ KÖÇÜR, RUS HƏRBÇİLƏR QALIR, TÜRK ORDUSU...

Qarabağa "neytral status" - <span class="qirmizi">ƏHALİ KÖÇÜR, RUS HƏRBÇİLƏR QALIR, TÜRK ORDUSU...</span>

Qarabağın qondarma “statusu” məsələsi hər iki tərəf üçün qəsəbədə qırmızı xəttdir. Və burada, əlbəttə ki, Ermənistan manipulyasiya ilə də məşğul olur. Vladimir Putinin də vurğuladığı kimi, Qarabağ beynəlxalq hüquqa görə Azərbaycanın bir hissəsidir.

Bu fikirlər Cənubi Qafqaz Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevgeni Mixaylova məxsusdur.

Onun sözlərinə görə, əgər Bakı ilə İrəvan arasında nizamlanmanın parametrləri müəyyənləşəndən iki il sonra “status” məsələsi çox kəskin qalırsa, bəlkə də buna başqa cür yanaşmaq lazımdır:

"Qarabağın bu hissəsini bir müddət neytral statusda buraxmaq kifayət qədər məntiqli variant olardı - yəni bütün qanunsuz erməni birləşmələri oradan çıxarılır, üçtərəfli bəyanatda da bu bildirilir. Əhali də Qarabağı tərk edir, Ermənistana köçür, təbii ki, erməni tərəfinin köməyi və təminatı ilə. Çünki ərazi işğal olunduqdan sonra bu əraziyə xeyli erməni köçürülüb. Yəni onların doğma yurdu deyil.

Nəticədə Rusiya sülhməramlıları bu ərazidə qalır. Ssenari ehtimal etmək də mümkündür ki, Rusiya, Türkiyə və Azərbaycan tarazlığı qorumaq və Bakını sakitləşdirmək üçün burada türk müşahidəçilərinin yerləşdirilməsi məsələsini də müzakirə edə bilər. Bir müddət sonra Qarabağın bütün hissəsi Azərbaycanın nəzarətinə qayıdır. Çünki beynəlxalq hüquq bunu tələb edir.

Rəsmi Bakının dəfələrlə bəyan etdiyi kimi, Qarabağ erməniləri Azərbaycan pasportu almaq istəsələr, onlara digər Azərbaycan vətəndaşlarının malik olduğu bütün hüquq və azadlıqlar təmin olunacaq.

Əminəm ki, Azərbaycan hakimiyyəti onların Azərbaycanda özlərini normal hiss etmələri üçün hər şeyi edəcək, tamamilə mümkündür ki, erməni kilsələri də tikilsin ki, onlar başqa şeylərlə yanaşı, öz inanclarına riayət edərək yaşasınlar".

Mənbə: hafta.az