Rejim referendumla dəyişdirilə bilməz - Dehqan

Rejim referendumla dəyişdirilə bilməz - <span class="qirmizi">Dehqan</span>

Hicab azadlığı və islam sisteminin referendum yolu ilə dəyişdirilməsi qeyri-mümkündür.

Axar.az xəbər verir ki, bu sözləri İran Prezidentinin hüquq məslələri üzrə müavini Məhəmməd Dehqan “Konstitusiyanın icrasında Milli Məsuliyyət Konfransı”nda çıxışı zamanı deyib.

“İranda hakim sistemin respublika və ya qeyri-islami olması, yaxud İslam Respublikasının referendum yolu ilə dəyişdirilməsi qeyri-mümkündür. Konstitusiya öz maddələri ilə bu dəyişikliklərin yolunu bağlayıb”, - o çıxışında bildirib.

Qeyd edək ki, artıq etirazların 11-ci həftəsidir və İranda referendumun keçirilməsi ilə bağlı fikirlər səsləndirilir.

Mənbə: axar.az