"Biz Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sadiqik..."

"Biz Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sadiqik..."<span class="qirmizi"></span>

"Rusiya Ukraynada müharibəyə, beynəlxalq hüququn və BMT Nizamnaməsi prinsiplərinin kobud surətdə pozulmasına görə tam məsuliyyət daşıyır..."

"Biz Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sadiqik..."

"NATO Ukraynaya azad və demokratik gələcəyini təmin etməkdə kömək edəcək..."

NATO ölkələri XİN rəhbərlərinin Buxarest Bəyanatı

NATO ölkələri XİN rəhbərləri Rusiya tərəfindən Ukraynada insan haqlarının pozulmasını pisləyib

NATO ölkələri XİN rəhbərləri Rusiyanın Ukraynanın mülki əhalisinə qarşı "qəddarlığını" pisləyib.

Moderator.az xəbər verir ki, bu barədə nazirlərin Buxarestdə (Rumıniya) noyabrın 29-da baş tutan görüşündən sonra Birgə Bəyanatında deyilir. Bəyanatın mətnini Alyansın mətbuat xidməti dərc edib.

"Rusiya Ukraynada müharibəyə görə, beynəlxalq hüququn və BMT Nizamnaməsi prinsiplərinin kobud surətdə pozulmasına görə tam məsuliyyət daşıyır.

Rusiyanın təcavüzü, o

cümlədən onun Ukraynanın mülki və energetika infrastrukturuna təkidli və vucdansız hücumları milyonlarla ukraynalıları əsas sosial xidmətlərdən məhrum edir.

Bu, ərzağın qlobal ehtiyatlarına təsir göstərib və dünyanın ən həssas ölkələri və xalqlarını təhlükə altına məruz qoyub", - Bəyanatda deyilir.

XİN rəhbərləri həmçinin insan haqlarının pozulması, məcburi deportasiya, qadınlara, uşaqlara və həssas vəziyyətdə olanlara vəhşicəsinə münasibəti pisləyib.

Onlar bəyan edib ki, hərbi cinayətlər, o cümlədən münaqişə şəraitində seksual zorakılıq törədənlər məsuliyyətə cəlb edilməlidir.

Bundan başqa, nazirlər Rusiyaya dəstək verənlərin hamısını, o cümlədən Belarusu pisləyib.

Alyans ölkələrinin XİN rəhbərləri Ukrayna XİN rəhbəri Dmitri Kuleba ilə görüşərək, "Ukrayna hökuməti və xalqı ilə tam həmrəy olduqlarını" ifadə edib.

"Biz əvvəlkitək Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sadiqik.

Biz heç vaxt Rusiyanın BMT Nizamnaməsini kobud şəkildə pozan qanunsuz ilhaqlarını tanımayacağıq.

Biz Ukraynaya siyasi və praktiki dəstəyi davam etdirəcək və daha da gücləndirəcəyik, çünki o, öz suverenliyini, ərazi bütövlüyünü və bizim Rusiya təcavüzünə qarşı ümumi dəyərlərimizi qorumaqda davam edir.

Biz həmçinin əvvəlkitək Ukraynanın özünün azad və demokratik gələcəyini təmin edə bilməsi üçün müharibədən sonra bərpası və islahatları yolunda uzunmüddətli səylərini dəstəkləməkdə qətiyyətliyik", - Bəyanatda deyilir.

Alyans mütttəfiqləri nümayəndələri əlavə edib ki, NATO üzv ölkələrinin bütün ərazisini "təhlükələrə və çağırışlara rəğmən" müdafiə edəcəkdir.

Mənbə: moderator.az