İrəvanla Ankaranın əlaqələri nə yerdədir? - Kalın

İrəvanla Ankaranın əlaqələri nə yerdədir? - <span class="qirmizi">Kalın</span>

Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi müsbət istiqamətdə gedir.

Bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Onun sözlərinə görə, iki ölkənin xüsusi nümayəndələri mütəmadi əlaqə saxlayır, müxtəlif məsələləri, o cümlədən pasportlarla sərhədi keçmək imkanlarını, yaxın gələcəkdə atılacaq addımları müzakirə edirlər:

“Biz bütün Cənubi Qafqazda sülh və rifahın əsasını qoymaq istəyirik. Qarabağ münaqişəsi həll olunub və indi ölkələr üçüncü tərəflərin vasitəçiliyi olmadan əməkdaşlıq qurur. Bu, xüsusi əhəmiyyət kəsb edir”.

Mənbə: axar.az