"Öz partiyasının adında 40 hərf var" - Elşən Musayev cavabını aldı

Bu gün Milli Məclisin plenar iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi olub.

İclasda çıxış edən millət vəkili Elşən Musayev bildirib ki, bəzi partiyaların üzvlərinin sayı gərəksiz yerə şişirdilir və bəzi partiya rəhbərlərinin partiya möhürünün harada olduğundan xəbərləri belə yoxdur: 

"Partiyaların nə qədər üzvünün olduğunu yeni qanundan sonra görəcəyik. Bunu ona görə deyirəm ki, bəzi adamların cibində bir neçə partiyanın vəsiqəsi var.Elə adam var ki, eyni anda 5 partiyanın üzvüdür. Onlar bütün partiyaların tədbirində iştirak edirlər. Mən elə siyasi partiya rəhbəri tanıyıram ki, partiyanın möhürünü hara qoyubsa, xəbəri yoxdur. Elə siyasi partiya var ki, onun adındakı hərflərin sayı üzvlərin sayından çoxdur. Elə siyasi partiya rəhbəri də var ki, heç onun həyat yoldaşı bilmir ki, o, hansı partiyanın sədridir. Bu qanun həmin şəxsləri ortaya çıxaracaq”.

Elşən Musayevin bu çıxışına tanınmış jurnalist, "Bakı vaxtı" xəbər portalının baş redaktoru Qalib İbrahimoğlu sərt reaksiya verib.

O qeyd edib ki, Elşən Musayev "Elə siyasi partiya var ki, onun adındakı hərflərin sayı üzvlərin sayından çoxdur" deməklə əslində öz partiyasını misal çəkir: 

"Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyir ki, elə siyasi partiya var, adındakı hərflərin sayı üzvlərinin sayından çoxdur. Maşallah, öz partiyasının adında 40 hərf var". 

Sfera.az

Gundem.az

ƏVVƏLKİ XƏBƏR

DÇ-2022: İrana qalib gələn ABŞ yığması 1/8 finalda Niderlandla qarşılaşacaq - VİDEO

SONRAKI XƏBƏR

Körpələri malyariyaya qarşı peyvənd edən ilk ölkə məlum oldu