“İran Azərbaycana qarşı çıxmaqla parçalana bilər, o ölkənin adını belə biz qoymuşuq” – Sərt bəyanat

“İran Azərbaycana qarşı çıxmaqla parçalana bilər, o ölkənin adını belə biz qoymuşuq” – Sərt bəyanat<span class="qirmizi"></span>

"İran parlamentinin deputatlarının dedikləri həddini aşmaq, yerlərini bilməməkdir. İki ölkə arasında yaranmış indiki vəziyyətin səbəbkarı İran tərəfdir. Azərbaycan tam müstəqil siyasət yürüdür və İrana münasibətdə heç bir zaman 3-cü ölkənin əlində alət olmayıb”.

Bunu Xeberle.com-a açıqlamasında deputat Musa Qasımlı İran parlamentinin üzvləri Yaqub Rzazadə və Vahid Cəlalzadənin Azərbaycana yönəlik sərsəm çıxışlarını şərh edərkən deyib.

Deputat bildirib ki, Azərbaycan İranla mehriban qonşu olmaq isrəyir, amma İran özünün davranışları ilə bütün körpüləri yandırmaqda davam edir: "İranın Azərbaycana münasibətdə hərəkətləri od ilə oynamaqdır. Bu özünün şüşədən qurulmuş evinə daş atmasına bənzəyir. İranın bu davranışları özünü həmin odda yandıracaq, oturduğu şüşə ev çilik-çilik olacaq. Belə hədyan danışan şəxslər bilməlidirlər ki, İranın adını belə biz - türklər vermişik. O ölkədə yaşayanların 50 faizi azərbaycanlılardır. İranın Azərbaycanla meriban qonşu kimi keçinməməsi, onun parçalanmasına gətirib çıxara bilər”.

 

 

Mənbə: xeberle.com