Zelenski İlon Maskı tənqid etdi: "Gəlin, özünüz baxın"

Zelenski İlon Maskı tənqid etdi:  "Gəlin, özünüz baxın"<span class="qirmizi"></span>

Ukrayna prezidenti Volodimir Zelenski "Twitter"in baş direktoru İlon Maskı Rusiya ilə sülh sazişi təklif etdiyinə görə yenidən tənqid edib. AzVision.az xəbər verir ki, Zelenski Maskı faktları görmək” üçün ölkəsinə dəvət edib.

"Ya kiminsə onun üzərində təsiri var, ya da özü belə nəticəyə gəlib. Rusiyanın burada nə etdiyini görmək üçün Ukraynaya gəlin və gözlərinizlə olanları görün. Sonra mənə bu müharibəni necə bitirəcəyimi, kimin başladığını və nə vaxt bitəcəyini deyə bilərsiniz".

Qeyd edək ki, Mask oktyabr ayında "Twitter"də keçirdiyi sorğuda Ukrayna müharibəsi ilə bağlı danışıqları təklif etməsi əks reaksiyaya səbəb olub. Amerikalı milyarder Krımın Rusiyanın tərkibində qalmasını və Ukraynanın cənubundakı dörd regionda BMT-nin nəzarəti altında referendumların keçirilməsini təklif edib. Mask həmçinin Ukraynanın qələbəsinin çox çətin olduğunu bildirmişdi.

 

Mənbə: azvision.az