Müharibə təhlükəsi var: alınan silahlar isə... - Papikyan

Müharibə təhlükəsi var: alınan silahlar isə... - Papikyan<span class="qirmizi"></span>

Sentyabr toqquşmasından sonra sərhəddə vaxtaşırı atəş açılır.

Bu sözləri Ermənistanın müdafiə naziri Suren Papikyan jurnalistlərin sualına cavab olaraq deyib.

O bildirib ki, müharibə təhlükəsi hər zaman var.

Papikyan Hindistandan silah alınması məsələsini şərh etməyib. O bildirib ki, bu, məxfi məlumatdır.

Qeyd edək ki, Ermənistan son vaxtlar Hindistan və İrandan külli miqdarda silah tədarük edir. Eyni zamanda sərhəddə vaxtaşırı Azərbaycan Ordusunun mövqelərini atəşə tutur.

Mənbə: axar.az