"Çox sadəlövh xalqıq, real əməllərlə addımların, mənəvi qələbələrin fərqini anlamaq istəmirik"

"Çox sadəlövh xalqıq, real əməllərlə addımların, mənəvi qələbələrin fərqini anlamaq istəmirik"<span class="qirmizi"></span>

"Çox sadəlövh xalqıq, real əməllərlə addımların, mənəvi qələbələrin fərqini anlamaq istəmirik"

Fransa parlamentinin qəbul etdiyi qətnamə sadəcə gözəl bir jestdir. Bunun kifayət qədər ciddi mənəvi-etik və bəlkə də siyasi əhəmiyyəti var, amma bundan başqa heç nəyi yoxdur.

Moderator.az xəbər verir ki, bunu Ermənistan News-NEWS.am-in müxbirinə müsahibəsində siyasi elmlər doktoru, beynəlxalq mütəxəssis Artur Xaçikyan deyib.

Politoloq əmindir ki, bu, heç bir real dəyişikliyə səbəb olmayacaq, çünki Fransa Xarici İşlər Nazirliyi artıq bununla bağlı bəyanat yayıb. Xüsusilə, Fransa hökumətinin rəsmi mövqeyinin daha təmkinli və neytral olduğunu birbaşa ifadə edir. Yəni Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə bu dövlətin real siyasətini əks etdirmir.

“Fransa daha neytral mövqe tutub və münaqişə tərəflərini sülhə və sonrakı danışıqlara aparır. Bir sözlə, bu qərarla və Fransa prezidenti Emmanuel Makronun gözəl çıxışı ilə bağlı birdən-birə içimizdə hökm sürən sadəlövh həvəs yalnız təbəssüm və gülüş doğura bilər. Odur ki, yenə özümüzə gülək. Yenə də sadəlövhlük nümayiş etdirdik. Ümumiyyətlə, biz çox sadəlövh xalqıq, çünki real əməllərlə addımların, mənəvi qələbələrin fərqini anlamaq istəmirik. Biz mənəvi qələbələri həddən artıq sevirik”, - Xaçikyan bildirib.

Ekspert Aİ-də Azərbaycan kapitalının olduğunu görməyə də tələsib. Üstəlik, Fransa və digər Avropa ölkələri Azərbaycan qazından və neftindən asılıdır.

“Fransa hər şeyi qəbul edib bizim tərəfimizdən çıxsa belə, Avropa bunu dəstəkləməyəcək. Böyük Britaniya Azərbaycanı qələbə münasibətilə təbrik edib. Almaniya da dəstəkləməyəcək. Onlar Ukraynaya müəyyən silah növləri verməyə hazırdırlar, Ermənistana isə yox. Təəssüf ki, Fransa da bizi silahla təmin etməyə hazır deyil”, - Xaçikyan qeyd edib.

Mənbə: moderator.az