İsveçdən Ukraynaya 338 milyonluq yeni "qış paketi"

Ukrayna İsveçdən hava hücumundan müdafiə sistemləri də daxil olmaqla 338 milyon dollar dəyərində yeni “qış paketi” alacaq. AzVision.az xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıxal Telegram səhifəsində yazıb. O bildirib ki, bunlar sabitliyə və qələbəyə mühüm töhfədir.

Şmıxal deyib ki, İsveçin baş naziri Ulf Kristerssonla Ukraynanın enerji infrastrukturu obyektlərinin bərpası üçün lazım olan dəstəyi müzakirə edib.

"İsveç transformatorları, generatorları və digər avadanlıqları artıq Ukraynanın enerji sisteminin bərpasına kömək edir. Eyni zamanda, Ukrayna səmasının Rusiyanın terror hücumlarından qorunması bizim üçün prioritet olaraq qalır", - o əlavə edib.

Şmıxal əlavə edib ki, İsveç də Ukraynanın taxıl təşəbbüsünə qoşulub.

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

"Neftçi"nin Müşahidə Şurasında dəyişikliklər olub

SONRAKI XƏBƏR

“Rusiya sülhməramlıları müraciətlərimizə məhəl qoymur” - MN