Makron: Ukraynaya buna görə təzyiq etməyəcəyik!

Qərb Ukraynaya Rusiya ilə danışıqlara başlaması üçün təzyiq etməyəcək.

Axar.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Co Baydenlə birgə mətbuat konfrasında deyib.

"Biz heç vaxt Ukraynaya qəbuledilməz saydığı güzəştə getməsi üçün təzyiq etməyəcəyik. Əgər davamlı sülhə nail olmaq istəyiriksə, ukraynalılara hörmət etməliyik və danışıqlar üçün şərtləri və məqamı onlar özləri seçməlidirlər", - Makron bildirib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya ABŞ-a da hücumlar edir - Kiyev

SONRAKI XƏBƏR

Azərbaycanda bu şəxslərin pensiyası artacaq - Yanvarın 1-dən + VİDEO