Rusiya ABŞ-a da hücumlar edir - Kiyev

Kiberməkanda Rusiya Ukraynanı raketlərlə vurduğu kimi, eyni intensivliklə kiberməkanda da hücumlarını davam etdirir. Və bu döyüşlər çoxdan Ukrayna və ya Rusiyanın hüdudlarından kənara çıxıb, biz tez-tez ABŞ hava limanları və ya Estoniya banklarına kiber-hücumlar edilməsi ilə bağlı xəbərlərə rast gəlirik.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Xüsusi Rabitə üzrə Dövlət Xidmətinin sədri Yuri Şçiqal banklara edilən kiberhücumlarla bağlı danışarkən deyib.

O bildirib ki, Ukrayna banklarını vurmaq üçün Rusiyanın son hədələri də kiberməkanda reallaşacaq.

Onun sözlərinə görə, banklara hücumlar adi vətəndaşlar üçün belə bank xidmətlərini əlçatmaz edir:

“Belə bir hücumun məqsədi hələ də Ukraynanın bütün infrastrukturunu məhv etmək olaraq qalır”.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Podolyak Ukraynanın itkilərini açıqladı

SONRAKI XƏBƏR

Makron: Ukraynaya buna görə təzyiq etməyəcəyik!