​12 ildir tərk edilən universitet - FOTO

​12 ildir tərk edilən universitet  - <span class="qirmizi">FOTO</span>

Sosial şəbəkələrdə 13 il mütəxəssis hazırlayan ali məktəb - Azərbaycan Beynəlxalq Universitetinin (ABU) yeni fotoları yayılıb.

Çoxlarının adını belə unutduğu bu təhsil ocağı demək olar ki, xarabalığa çevrilib. Bir vaxtlar əllərində kitabla tələbələrini qarşılayan universitetin hazırda həyəti tələbə üzünə həsrət qalıb. Keçmiş təhsil ocağı əsl xarabalığı xatırladır...

ABU 1997-ci ildə fəaliyyətə başlayıb. Ali təhsil ocağı bakalavr hazırlığı üçün 4 il vaxt norması nəzərdə tutub. Təhsil ödənişli əsaslarla idi. Burada əyani və qiyabi şöbələri fəaliyyət göstərib, təhsil Azərbaycan və rus dillərində aparılıb.

1997-ci il Nazirlər Kabinetinin qərarı ilə özəl ali məktəb statusu alan universitet Ədliyyə Nazirliyinin şəhadətnaməsini alaraq dövlət qeydiyyatından keçib. Fəaliyyəti dövründə 3 dəfə lisenziya ala bilsə də, 4-cü dəfə-2010-cu ildə ABU-ya lisenziya verilməyib.

Ali məktəbdə tədris prosesinin təşkili vəziyyətinin araşdırılması məqsədi ilə yaradılan ekspert qrupu ABU-da ciddi pozuntular aşkarlayıb. Hazırlanmış arayış Təhsil Nazirliyi Lisenziya Komissiyasının iclasında müzakirə olunub. Lisenziya Komissiyasının yekdil qərarı ilə qeyd olunan nöqsanlar nəzərə alınaraq Təhsil Nazirliyi tərəfindən ABU-nun fəaliyyəti dayandırılıb. Bununla bağlı 2010-cu il sentyabrın 1-də sabiq təhsil naziri Misir Mərdanov əmr imzalayıb.

Universitet fəaliyyət göstərdiyi dövrdə bir çox tanınmış şəxslərə də təhsil verib.

Deputat Jalə Əhmədova bu ali təhsil ocağında Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsində alıb. Bundan əlavə deputat Elnur Allahverdiyev də 1995–1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində hüquqşünaslıq üzrə ali təhsil alıb. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov da Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib.

Əvvəl

İndi

 

 

Mənbə: metbuat.az