Ermənistan parlamentinin sədri Moskvaya səfər edəcək

Ermənistan parlamentinin sədri Moskvaya səfər edəcək<span class="qirmizi"></span>

Ermənistan parlamentinin sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Moskvaya səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armenia” yayıb.

Bildirilib ki, səfər dekabrın 4-6-dək davam edəcək. Nümayəndə heyətinin tərkibinə Ermənistan parlamenti sədrinin müavini Akop Arşakyan, müdafiə və təhlükəsizlik üzrə komissiyasının sədri Andranik Koçaryan və “Şərəf duyuram” blokunun deputatı Tiqran Abramyan da daxildir.

Məlumata görə, Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasının toplantısı keçiriləcək.

Mənbə: report.az