Sahibə Qafarova: "Fransa Milli Assambleyasının qətnaməsi qərəzli, qeyri-obyektiv, ədalətsiz aktdır"

Sahibə Qafarova: "Fransa Milli Assambleyasının qətnaməsi qərəzli, qeyri-obyektiv, ədalətsiz aktdır"<span class="qirmizi"></span>

"Fransanın Milli Assembleyasının noyabrın 30-da qəbul etdiyi qətnamə qərəzli, qeyri-obyektiv, ədalətsiz aktdır".

“Report” xəbər verir ki, bu sözləri Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin dekabrın 2-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu qətnamə çirkin niyyətli olmaqla, ərazi bütövlüylümüzü hədəf almaqla yanaşı, beynəlxalq hüquq normalarına açıq şəkildə hörmətsizlikdir: “Qətnaməni qəti şəkildə rədd edir və bu addımı siyasi riyakarlıq kimi qiymətləndiririk”.

Mənbə: report.az