Suriya ərazisində daha bir təhlükəli terrorçu zərərsizləşdirilib

Suriya ərazisində daha bir təhlükəli terrorçu zərərsizləşdirilib<span class="qirmizi"></span>

Türkiyə Milli Təhlükəsizlik Təşkilatı (MİT) PKK/YPG terror təşkilatına qarşı daha bir uğurlu antiterror əməliyyatı həyata keçirib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, PKK/YPG terror təşkilatının aparıcı simalarından olan Kemal Pir ləqəbli Muhammed Nasır MİT-in xüsusi əməliyyatı nəticəsində Suriya ərazisində zərərsizləşdirilib.

Bildirilir ki, adı çəkilən təhlükəli terrorçu Türkiyə Ordusunun yerləşdiyi “Sülh çeşməsi” antiterror rayonu boyunca dövlət sərhədinə yaxından bələd olmaqla bərabər raket sahəsində mütəxəssis olub və bu bölgədəki terror təxribatlarının təşkilində, həyata keçirilməsində yaxından iştirak edib.

Bütün bu səbəblərdən terrorçunun adı MİT tərəfindən axtarış siyahısına salınıb.

Mənbə: azertag.az