Rusiya Qazaxıstanda yeni raketi sınaqdan keçirdi

Rusiya Qazaxıstanda yeni raketi sınaqdan keçirdi<span class="qirmizi"></span>

Rusiya raketdən müdafiə sistemləri üçün yeni müdafiə raketini sınaqdan keçirib.

Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat verib.

Məlumata görə, raket dekabrın 2-də Qazaxıstanda icarəyə götürülmüş Sarı-Şaqan poliqonundan buraxılıb.

Rusiya Müdafiə Nazirliyi sınağın uğurla keçdiyini açıqlayıb, lakin təfərrüatı açıqlamayıb.

Britaniya nəşri qeyd edir ki, Qazaxıstandakı poliqonda raket sınağı Rusiya Prezidenti Vladimir Putinlə qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevin əməkdaşlıq haqqında yeni sənəd imzalamasından bir neçə gün sonra baş tutub.

Mənbə: axar.az