Məktəblərdə rəhbər vəzifələrə işə qəbul üzrə imtahanın nəticələri açıqlanıb

Məktəblərdə rəhbər vəzifələrə işə qəbul üzrə imtahanın nəticələri açıqlanıb<span class="qirmizi"></span>

Ümumi təhsil müəssisələrinə direktor, direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə yerli təhsili idarəetmə orqanları tərəfindən keçirilən test imtahanının nəticələri elan edilib.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə keçid balı 21 (hər bölmə üzrə minimum 5 bal olmaqla), direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə keçid balı isə 20 (hər bölmə üzrə minimum 5 bal olmaqla) olaraq müəyyənləşdirilib.

Qeyd edək ki, müsahibə mərhələsinin dekabrın 5-dən 20-dək keçirilməsi nəzərdə tutulur. Bu mərhələdə namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri qiymətləndiriləcək.

Mənbə: azertag.az