Snouden Rusiya pasportu aldı

Snouden Rusiya pasportu aldı<span class="qirmizi"></span>

ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden Rusiya pasportu alıb. AzVision.az xəbər verir ki, bu barədə cümə günü TASS-a onun vəkili Anatoli Kuçerena məlumat verib.
O, Snoudenin Rusiya vətəndaşlığı ilə bağlı pasport alıb-almamasına dair suala cavab verərkən deyib: "Bəli, pasport alıb". Vəkil həmçinin Snoudeni bir gün əvvəl gördüyünü deyib və onun yaxşı olduğunu qeyd edib.
Xatırladaq ki, sentyabrın sonunda Rusiya Federasiyası prezidenti bununla bağlı fərman imzalamışdı. Fərmana əsasən ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenə Rusiya vətəndaşlığı verilib.
Tural Tağıyev


 

Mənbə: azvision.az