Erməni döyüşçüdən etiraf: "Qarabağ bizim olmayıb"

 

"Qarabağ nə vaxt bizim olub? Heç vaxt".

Bu sözləri "Qara Pantera" QHT təşkilatının rəhbəri, azadlıq döyüşçüsü Serob Qasparyan deyib. O qeyd edib ki, Qarabağ heç vaxt ermənilərin olmayıb:

"Bizim deyildisə, niyə bu qədər insanı öldürdülər? Necə oldu ki, müharibədən əvvəl dodaqlarınızla deyirdiniz ki, "Artsax" bizimdir, bu gün hamı ayağa qalxır və deyir ki, "Artsax" heç vaxt bizim olmayıb".

O həmçinin qeyd edib ki, Ermənistanda hərbçilərin maaşı olduqca aşağıdır. Bu da onların vəziyyətini olduqca ağırlaşdırıb.

Həmçinin oxuyun: Ermənistan ordusunda biabırçılıq - "Araq içir, qumar oynayırlar"

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

Suriya Demokratik Qüvvələri ABŞ-la əməkdaşlığı dayandırdı

SONRAKI XƏBƏR

“Uşaqları məktəbə gətirmək istəmirik” – Yağış yağanda “günü qara” olan sakinlər - VİDEO