Suriya Demokratik Qüvvələri ABŞ-la əməkdaşlığı dayandırdı

Suriya Demokratik Qüvvələri ABŞ-la əməkdaşlığı dayandırdı<span class="qirmizi"></span>

 

PKK terrorçularından ibarət Suriya Demokratik Qüvvələri ABŞ-la əməkdaşlığı dayandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Röyters agentliyi məlumat yayıb. Terrorçuların açıqlamasında bildirilir: “Suriya Demokratik Qüvvələri koalisiya qüvvələri ilə bütün koordinasiya və terrora qarşı birgə mübarizə əməliyyatlarını dayandırıb”.

Qeyd edək ki, İstanbuldakı terror aktından sonra Türkiyə ordusu Suriyada və İraqın şimalında hava əməliyyatlarına başlayıb. Türkiyə ordusu quru əməliyyatlarının da başlayacağını qeyd edib. Bundan sonra terrorçular Türkiyəni dayandırmaq üçün ABŞ-a çağırış edib.

ABŞ PKK terrorçularını Suriya Demokratik Qüvvələri adı altında birləşdirərək Türkiyəyə qarşı mübarizədə silahlandırır.

 

 

Mənbə: metbuat.az