Donetskdə Ukrayna təyyarəsi vurulub

Donetskdə Ukrayna təyyarəsi vurulub<span class="qirmizi"></span>

Rusiya qırıcıları "Donetsk Xalq Respublikası"nda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini vurublar. AzVision.az xəbər verir ki, bu barədə cümə günü Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.

O qeyd edib ki, uğurlu əməliyyat Ukrainka kəndi yaxınlığında reallaşdırlıb.

Qeyd edək ki, Rusiya havadan aparılan döyüş əmliyyatlarında Ukraynadan üstün mövqedədir. Yerüstü əməliyyatlarda isə əksinə, Kiyev uğurla şərqə doğru irəliləyərək xeyli ərazini azad edə bilib.

Tural Tağıyev

 

Mənbə: azvision.az