Mixeil Saakaşvili Gürcüstan siyasətini tərk edir?

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ölkənin siyasi həyatında iştirak etmək niyyətində deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə Mixeil Saakaşvilinin anası Qiuli Alasaniyanın sabiq prezidentin “Facebook” səhifəsində dərc olunan bəyanatında deyilir.

“Mixeil Saakaşvili ölkənin siyasi həyatında iştirak etmək niyyətində deyil və ədalətli qərara ümid bəsləyir”, - deyə bəyanatda bildirilir.

Qiuli Alasaniyanın sözlərinə görə, həbsxanada olan Mixeil Saakaşvili vəkillərinin iddiasına baxmayaraq, mümkün zəhərlənməsi ilə bağlı Gürcüstan hakimiyyətini günahlandırmır. Onun səhhəti ilə bağlı keçirilən ekspertizanın nəticəsinə əsasən, siyasətçinin orqanizmində civə də daxil olmaqla, ağır metallar aşkarlanıb. Mixeil Saakaşvilinin anası siyasətçinin digər ölkə tərəfindən zəhərlənməsini istisna etməyib.

Bir müddət öncə “Empatiya” qeyri-hökumət təşkilatı Mixeil Saakaşvilinin orqanizmində həbsxana şəraiti bir araya sığmayan on diaqnozun mövcudluğu barədə tibbi ekspertiza rəyini dəc edib. Təşkilatın rəhbəri Mariam Djişkarianinin sözlərinə görə, Gürcüstanın sabiq prezidenti müalicə olunması üçün mütləq xarici ölkəyə göndərilməlidir.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

İran bu ölkədə yəhudi mərkəzlərinə hücum edir

SONRAKI XƏBƏR

ABŞ-dan İsrailə şok xəbərdarlıq