"Rusiya Ukraynanı tərk etməyə hazır deyil" - Peskov

Kremlin sözçüsü Dmitriy Peskov prezident Vladimir Putinin ABŞ prezidenti Co Baydenlə danışıqlara açıq olduğunu, lakin Rusiya ordusunun Ukraynanı tərk etməyə hazır olmadığını bildirib. Peskov jurnalistlərə açıqlamasında Baydenin Putinlə görüşmək üçün "Rusiya Ukraynadan çıxmalıdır" sözlərini xatırladıb.

O, Rusiya ordusunun Ukraynanı tərk etməyə hazır olmadığını bildirib: “Xüsusi hərbi əməliyyat davam edir. Bununla belə, Putin təmaslara və danışıqlara açıq olub və hələ də elədir. Maraqlarımıza nail olmaq üçün ən çox üstünlük verilən vasitə dinc diplomatik yollardır”.

ABŞ-ın Rusiyanın “yeni torpaqlarını” hələ də tanımadığını və bunun qarşılıqlı müzakirə meydançalarının tapılmasını çətinləşdirdiyini qeyd edən Peskov Putinin ölkəsinin maraqları üçün hər zaman danışıqlara açıq olduğunu vurğulayıb.

Peskov xatırladıb ki, Putin hələ Ukraynada “xüsusi hərbi əməliyyat” başlamazdan əvvəl ABŞ, NATO və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ilə hazırlanmış layihə mətnləri əsasında danışıqlara başlamağa çalışıb və bu təşəbbüs hələ də cavabsız qalmaqdadır.

Aytən Zəhra

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

“Fransa dünyanın bir nömrəli müstəmləkəçisi olub və yenə həmin statusdadır”

SONRAKI XƏBƏR

Erməni parlamentari: “Bu gün düşdüyümüz vəziyyət 30 il aparılan yanlış siyasətin nəticəsidir”