Naxçıvan gömrüyündə yeni əməliyyat: rəis həbs edildi

Dövlət Təhlükəsizliyi Xidmətinin Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş İdarəsində keçirdiyi əməliyyat davam edir.

Bu barədə əslən Naxçıvandan olan ekspert Heydər Oğuz məlumat yayıb.

Onun sözlərinə görə, İranla sərhəddəki gömrük idarələrindən birinin rəisi və əməkdaşları saxlanılıb və istintaqa cəlb ediliblər.

Qeyd edək ki, DTX-nin Naxçıvan Gömrük Komitəsində apardığı əməliyyat zamanı ilk olaraq 132 milyon manatlıq korrupsiya faktı ortaya çıxmışdı. Bundan sonra Prezidentin sərəncamı ilə Naxçıvan Gömrük Komitəsi ləğv edildi və onun bazasında DGK-nın Naxçıvan Baş İdarəsi yaradıldı.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Cavanrudda SEPAH etirazçılara atəş açdı: ölənlər var

SONRAKI XƏBƏR

AQTA-ya yeni mətbuat katibi təyin edilib