Türkiyə ordusu gəlir: ABŞ geri çəkildi, PKK qaçır

Türkiyə ordusu gəlir:  ABŞ geri çəkildi, PKK qaçır<span class="qirmizi"></span>

Türkiyənin Suriyanın şimalında yeni hərəkat keçirəcəyini açıqlayandan sonra PKK terrorçuları ailə üzvlərini Təl-Rıfat, Kobani və Mənbicdən başqa ərazilərə köçürür.

Metbuat.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, ABŞ tərəfi də bölgədəki nümayəndələrini İraqa köçürüb. Həmçinin Türkiyə ilə sərhəddə PKK terrorçuları ilə tez-tez patrul xidməti həyata keçirən ABŞ hərbçiləri artıq yoxa çıxıb. Məlumata görə, Hasekede yaşayan PKK qruplaşmasının üzvlərindən biri yarım milyon dollar oğurlayaraq İraqın şimalına qaçıb. Onun PKK liderlərindən olan Abdullah Öcalanın yaxın adamının oğlu olduğu bildirilir.

 

Mənbə: metbuat.az