Ərdoğan seçkiyə “Çırpınırdı Qara dəniz” mahnısı ilə gedir - VİDEO

Ərdoğan seçkiyə “Çırpınırdı Qara dəniz” mahnısı ilə gedir -  <span class="qirmizi">VİDEO</span>

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İstanbul üzrə Nümayəndəliyi “Çırpınırdı Qara dəniz” mahnısını ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti seçkilər üçün kampaniya mahnısı olaraq seçib.

Musiqisi Üzeyir Hacıbəyova, sözləri isə Əhməd Cavada məxsus olan mahnının mətni dəyişdirilərək seçkiyə uyğunlaşdırılıb. Mahnıya isə “Senden Vazgeçmeyiz” adı verilib. 

Sözügedən klipi isə partiyanın İstanbul üzrə Nümayəndəliyinin rəhbəri Osman Nuri Kabaktepe öz sosial media hesabında paylaşıb. 

Klipdə Ərdoğanın Prezident İlham Əliyevlə görüşündən də görüntü yer alıb. 

Xatırladaq ki, Türkiyədə 2023-cü ilin iyun ayında növbəti prezident seçkiləri keçiriləcək.

Mənbə: qafqazinfo.az