İtaliya Ukraynaya silah yardımını davam etdirəcək

İtaliya Ukraynaya silah yardımını davam etdirəcək<span class="qirmizi"></span>

 

Roma, 2 dekabr, AZƏRTAC

İtaliya hökuməti 2023-cü ildə də Ukraynaya silah, texnika və hərbi-sursat verilməsi ilə bağlı yeni fərmanı təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, Baş nazir Ciorcia Meloninin sədrliyi ilə keçirilən Nazirlər Şurasının iclasında Ukraynaya silah yardımının davam etdirilməsi müzakirə olunub. C.Meloni, Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani və müdafiə naziri Quido Krosettonun təklifi ilə Nazirlər Şurası Ukraynaya silah tədarükünün 2023-cü il dekabrın 31-dək davam etdirilməsini nəzərdə tutan fərmanı təsdiqləyib. Fərman parlamentdə təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Lakin gələn il ərzində İtaliya hökuməti hər yeni silah göndərdiyi zaman parlamentdən icazə istəmədən Ukraynaya silah verə biləcək.

İtaliyanın Ukraynaya qısa mənzilli raket kompleksi tədarük edəcəyi bildirilir.

Daha əvvəl isə İtaliya Ukraynaya haubitsa və reaktiv yaylım atəşi sistemləri kimi müxtəlif ölçülərdə hərbi-sursat yardımı edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Mənbə: azertag.az