Millət vəkili: “Fransa söhbətə “fransız” qalıb” - VİDEO

Millət vəkili: “Fransa söhbətə “fransız” qalıb” - VİDEO<span class="qirmizi"></span>

 

“Fransanın qətnamələri təəccüb hissi doğurmur. Çünki 44 günlük Vətən müharibəsində də Fransa Ermənistana açıq şəkildə dəstək verdi”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Nurlan Həsənov deyib.

O qeyd edib ki, Fransa Cənubi Qafqazda sülh prosesini pozmağı hədəfləyir.

“Söhbətə fransız qalmaq”, - deyə bir deyim var. Bu qətiyyən etnik mənsubiyyətə deyil, mənəviyyata bağlı bir deyimdir. Fransanın qərəzli qətnamələri, Vətən müharibəsi dövründə etdikləri onu Cənubi Qafqaz, Qarabağ, Azərbaycan-Ermənistan münasibətləri mövzularında söhbətə “fransız” qalmaq vəziyyətinə gətirir”, - deyə millət vəkili əlavə edib.

Ətraflı videonu təqdim edirik:

 

 

Mənbə: www.oxu.az