Cavid Qurbanovun kadrının yerinə təyin edilən şəxs Rövnəq Abdullayevin yaxını imiş

Cavid Qurbanovun kadrının yerinə təyin edilən şəxs Rövnəq Abdullayevin yaxını imiş<span class="qirmizi"></span>

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Rövşən Rüstəmovun müvafiq əmri ilə, "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur departamentinin rəisi Mehman Əhmədov tutduğu vəzifədən azad olunub. Onun yerinə isə Elçin Zülfüqarov təyin edilib.   
Yeni vəzifəyə təyin olunan Elçin Zülfüqarov uzun müddət SOCAR-ın Nəqliyyat İdarəsinin rəisi olub. 

Qeyd edək ki, Mehman Əhmədov "Azərbaycan Dəmir Yolları" QSC-nin sabiq sədri Cavid Qurbanovun, Elçin Zülfüqarov isə SOCAR-ın sabiq rəhbəri Rövnəq Abdullayevin yaxın kadrı olub.

Mənbə: manset.az