Lukaşenko müharibəyə qoşulmaq istəmir, vurnuxur, təlaş keçirir, dezinformasiya yayır

Lukaşenko müharibəyə qoşulmaq istəmir, vurnuxur, təlaş keçirir, dezinformasiya yayır<span class="qirmizi"></span>

Lukaşenko müharibəyə qoşulmaq istəmir, vurnuxur, təlaş keçirir, dezinformasiya yayır...

Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna ilə müharibəyə cəlb olunmaq istəmir, ona görə də Rusiyanın təzyiqinə müqavimət göstərmək üçün informasiya fonu yaradır.

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibəni öyrənən İnstitutunun (ISW) sonuncu hesabatında deyilir.

Lukaşenko bəyan edib ki, NATO Belarusa hücum etməyi planlaşdırır. O, alyansı və Ukraynanı Belarus-Ukrayna sərhəddində təxribatlarda ittiham edib.

Onun sözlərinə görə, məhz Ukrayna NATO qüvvələrini müharibəyə cəlb etmək istəyir.

O, həmçinin deyib ki, Belarus hakimiyyəti potensial düşməni onun ölkəsinə qarşı hərbi güc tətbiq etməsindən çəkindirməyi bacarıb. O, həmçinin qeyd edib ki, NATO qüvvələrini artırır və qonşu ölkələrdə döyüş hazırlığını gücləndirir.

Belarusun müdafiə naziri Viktor Xreninin sözlərinə görə, müharibəyə birbaşa hazırlıq getmir, ona görə də Belarus öz ərazisini müdafiə edəcək.

ISW analitikləri vurğulayıb ki, Lukaşenko və Xrenin, ehtimal ki, diqqəti NATO-nun uydurulan təcavüzü və sərhəd yaxınlığında təxribatlar barədə informasiya kampaniyasına çəkərək, Belarus qoşunlarının müdafiə üçün ölkədə qalmasının zəruriliyini iddia etmək istəyir.

Beləliklə, Belarus diktatoru və müdafiə naziri Ukraynada müharibəyə cəlb olunması ilə bağlı Rusiyanın təzyiqinə müqavimət göstərilməsi üçün informasıya şəraiti yaradır.

İnstitut analitikləri vurğulayıb ki, Belarusun Ukraynaya qarşı müharibəyə qoşulması az ehtimal edilir.

ISW, əsasən, bu nəticələrə gəlib:

1.Rusiya qoşunları Svatovo-Kremennaya istiqamətində Ukrayna Silahlı Qüvvələrinin əkshücumundan müdafiə olunmaqda davam edir.

2. İşğalçılar Bahmut yaxınlığında möhkəmlənməkdə və Avdeyevka-Donetsk rayonunda hücum əməliyyatları aparmaqda davam edir.

3. Rusiyalılar həmçinin Xerson vilayətində Dneprin sol sahilində müdafiə olunur və şəxsi heyətin yerdəyişməsini aparır.

4. Rusiyalı hərbçilərinin Zaporojye vilayətində hərəkəti onu sübut edə bilər ki, onlar Ukrayna zərbələrinin gücləndiyi şəraitdə kritik rayonları müdafiə edə bilməyəcək.

5. Qəsbkarlar Zaporojye vilayətində və Dneprin şərq sahilində müdafiə əməliyyatlarına dəstək verməsi üçün Krımda ehtiyat qüvvələri saxlayır.

6. Moskvanın maliyyə çətinlikləri ucbatından daxili iğtişaşlar davam edir.

7. Aşağı mənəvi ruh və fərarilik şəraitində Rusiyada qismən səfərbərliyin davam etməsinin sübutları üzə çıxıb.

8. "Vaqner" özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojin qrupun nüfuzunu möhkəmləndirməyə cəhd edir.

9. İşğalçl məmurlar zəbt edilən ərazilərin Rusiyanın maliyyə və hüquqi məkanına inteqrasiya edilməsi üzrə səylərini davam etdirir.

10. Rusiyalı hərbçilər Ukraynanın dinc sakinləri və mülki infrastrukturunu istismar etməkdə və Rusiyanın hərbi səylərinə dəstək verməkdə davam edir.

Mənbə: moderator.az