Mirzoyan ATƏT sədri ilə görüşdü

Mirzoyan ATƏT sədri ilə görüşdü<span class="qirmizi"></span>

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ATƏT Nazirlər Şurasının iclası çərçivəsində qurumun fəaliyyətdə olan sədri, Polşa xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı tərəflər regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə ediblər.

Mənbə: axar.az