Putinlə bu barədə danışmaq istəyirəm - Makron

Putinlə bu barədə danışmaq istəyirəm - Makron<span class="qirmizi"></span>

Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə telefon əlaqəsi yaratmaq istəyir.

Bu barədə Makron özü məlumat verib.

O qeyd edib ki, Putinlə Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasında (AES) yaranmış vəziyyətlə bağlı danışmaq niyyətindədir.

Makron, həmçinin danışıqlar üçün zəmin hazırlanmasının vacibliyini bildirib.

Mənbə: axar.az