Bu, ukraynalılardan asılı olacaq – Makron

Bu, ukraynalılardan asılı olacaq – Makron<span class="qirmizi"></span>

ABŞ və Fransa Rusiya ilə Ukrayna arasında dialoq hazırlamalıdır.

Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Paris və Vaşinqton situasiyaya eyni baxışa malikdirlər, onlar Kiyevə kömək etməkdə və Rusiyaya təzyiq göstərməkdə davam edəcəklər. Biz tərəflərin danışıqlar masası arxasına qayıtdığı günə dialoq hazırlamalıyıq və bu, ukraynalılardan asılı olacaq”, - Makron bildirib.

Makron vurğulayıb ki, həm Fransa, həm də ABŞ Kiyevə hərbi dəstək verməyə davam edəcək, eyni zamanda gərginliyin qarşısını almağa və nüvə stansiyalarını qorumağa çalışacaq.

Mənbə: axar.az