Qırğızıstan-Tacikistan sərhədində yerli sakinlər arasında münaqişə baş verib.
Bu barədə İnterfax məlumat yayıb.
Məlumata görə, Qırğızıstan vətəndaşı havaya üç dəfə xəbərdarlıq atəşi açıb.
Avtomobillə Somonien (Tacikistan) kəndi ilə Daxma kəndi istiqamətində hərəkətdə olan Qırğızıstan vətəndaşı ilə Tacikistan vətəndaşları arasında atışma baş verib.
Taciklər qırğızlara qarşı nalayiq ifadələr işlətməyə başlayıblar və onların arasında dava düşüb.
Baş verən hadisənin şəraiti və səbəblərini aydınlaşdırmaq üçün hazırda Batken və İsfara bölmələrindəki Qırğızıstan və Tacikistanın sərhəd nümayəndələri arasında görüş keçirilir.