Ukraynanın müdafiə naziri Aleksey Reznikov işğaldan azad edilmiş Çernobaevkada yerləşən “Xerson” beynəlxalq hava limanında olub.
Bu barədə o, özü məlumat verib.
“Bunlar Çernobaevkadakı Xerson beynəlxalq hava limanının lövhəsinin qalıqlarıdır. Ruslar şəhərin adının ilk üç hərfini tərcüməçi olmadan başa düşəcəklər - və bu, Ukraynadan ala biləcəkləri yeganə şeydir” – o, hava limanından fotosunu paylaşaraq qeyd edib.