Prezidentın istefaya getməməsi üçün imza toplanır

Prezidentın istefaya getməməsi üçün imza toplanır<span class="qirmizi"></span>

Cənubi Afrikada prezident Siril Ramaposanın istefaya getməməsi tələbi ilə ümummilli petisiya üçün imzalar toplanır.

Bu barədə "Gazeta" məlumat yayıb.

Petisiyanın təşəbbüskarı Cənubi Afrikanın tanınmış hüquq müdafiəçisi Bram Hanekomdur.

O, hesab edir ki, Ramaposanın rəhbərliyi altında Cənubi Afrika çoxlu nailiyyətlər əldə edib və əgər o, dövlət başçısı olaraq qalarsa ölkənin uğurları gələcəkdə daha da artacaq.

Bundan əlavə, Sosial Araşdırmalar Fondunun dərc etdiyi ictimai rəy sorğusu göstərib ki, hakim Afrika Milli Konqresi partiyasının tərəfdarları arasından seçicilərin yalnız 35%-i partiya lideri olan prezidenti dəstəkləməyə hazırdır.

Qeyd edək ki, dövlət başçısı şəxsi təsərrüfatında istifadə məqsədilə külli miqdarda pul oğurlamaqda ittiham olunur.

Mənbə: