Nuland: "Rusiya ordusu müharibədə hər cəhətdən zəiflik nümayiş etdirir"

"Rusiya ordusu müharibədə hər cəhətdən zəiflik nümayiş etdirir".

"Report" "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland ukraynalı jurnalistlərlə görüşündə deyib.

"Baxmutun yaxınlığında baş verənlərə baxın. Birinci Dünya Müharibəsindəki səngər döyüşünə bənzəyir. Rusiya ordusu Ukraynanın güclü müdafiə xəttini yara bilmir", - Nuland bildirib.

Dövlət katibinin müavininin sözlərinə görə, bu vəziyyət müdafiə sistemlərini Rusiya silahları ətrafında quran ölkələrin, məsələn, Hindistanın da mövqeyinə təsir edir.

Nuland onu da vurğulayıb ki, Kreml hazırda sülh danışıqlarına tamamilə hazır deyil.

Xatırladaq ki, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland dekabrın 3-də Ukraynaya səfər edib. O, Prezident Ofisinin rəhbəri Andriy Yermak və ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink ilə görüşüb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ Polşaya “F-15 Eagle” qırıcıları göndərib

SONRAKI XƏBƏR

“Altın Kelebek”i Azərbaycan üzrə aparacaq şəxs məlum oldu - FOTO