Minskdə KRİTİK GÖRÜŞ: Lukaşenko Şoyquya nə söz verib?

Minskdə KRİTİK GÖRÜŞ: Lukaşenko Şoyquya nə söz verib?<span class="qirmizi"></span>

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

Publika.az-a istinadən xəbər verilir ki, görüş zamanı respublika prezidenti istənilən xarici təcavüzü dəf etməyə hazır olduğunu bəyan edib.

Deməliyəm ki, biz buna ciddi yanaşmışıq. Həm bizim, həm də sizin zabitlər oğlanları hazırlayır. Həm belaruslar, həm də ruslar hazırlanır. Belə ki, lazım gələrsə, bizim birinci sıralarımız - İttifaq dövlətinin müdafiəçiləri istənilən təcavüzü dəf edə bilsinlər", - agentlik prezidentin sözlərini dərc edib.

Lukaşenka onu da qeyd edib ki, heç kim bu münaqişəni istəmir: "Nə siz, nə də biz müharibə istəmirdik və istəmirik".

Bundan əvvəl Rusiya və Belarusun birgə regional qoşun qruplaşmasının yerləşdirilməsi barədə məlumat yayılmışdı. Daha sonra Şoyqunun Minskə gəldiyi məlum olub. O, Belarusun müdafiə naziri Viktor Xrenin ilə görüşüb.

Milli.Az

Mənbə: news.milli.az