Hərəkətə keçən kimi Volkov da “imana gəldi”

Hərəkətə keçən kimi Volkov da “imana gəldi”<span class="qirmizi"></span>

Volkov Azərbaycan toponimlərinin erməni adlarla göstərilməsinin günahını Rusiya MN-nin üzərinə yıxıb: deyir ki, sülhməramlılar Azərbaycan tərəfinin göndərdiyi adlardan istifadə edir; hətta təəssüflə qeyd edir ki, Moskvadakılar bu adlara düzgün əməl etmir.

Andrey bununla bizi sadəlövh yerinə qoyur, “biz yaxşıyıq, Rusiya MN pisdir” deyir. Təbii ki, sülhməramlıların komandanı tabe olduğu yuxarıdakıların əleyhinə getmir, sadəcə ona verilən təlimata uyğun olaraq günahı tabe olduqlarının üzərinə yıxır, “yaxşı polis” rolunu icra edir.

Və bu, Rusiyanın hələ çar dövründən mövcud olan “yaxşı polis, pis polis” siyasətinin tərkib hissəsidir.

Əvvəl də qeyd etdiyimiz kimi, Azərbaycan adların doğru yazıldığı xəritəni Rusiya MN-ə göndərməli, buna əməl edilmədiyi müddətdə hər dəfə dərc etməli, o cümlədən, sovetdən qalma xəritələrin dəyişdirilməsi məsələsini diplomatik kanallarla da Moskvanın qarşısında qaldırmalıdır.

Buna paralel olaraq, Qarabağda bu gün atılan addımları da intensivləşdirməliyik. Çünki problemlərin həlli gücdən, diktədən keçir, bir az hərəkətə keçən kimi hətta Volkov da “imana gəldi”.

Mənbə: axar.az