David Araxamiya: “Ukrayna Rusiya üçün təhlükəsizlik zəmanəti verə bilər”

David Araxamiya: “Ukrayna Rusiya üçün təhlükəsizlik zəmanəti verə bilər”<span class="qirmizi"></span>

“Ukrayna Rusiya üçün təhlükəsizlik zəmanəti verə bilər, lakin bunun üçün işğalçı ölkə bir sıra şərtləri yerinə yetirməlidir”.

“Report” xəbər verir ki, bunu Ukraynanın hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya teleqramda yazıb.

“Ukrayna Rusiyaya təhlükəsizlik zəmanəti verməyə hazırdır. Bunun üçün kifayətdir: ölkəmizin ərazisini tərk etmək, təzminat ödəmək, bütün hərbi cinayətkarları cəzalandırmaq, nüvə silahını könüllü təslim etmək”, - Araxamiya bildirib.

O vurğulayıb ki, yalnız sadaladığı şərtlər yerinə yetirilərsə, Ukrayna danışıqlar masası arxasına əyləşib təhlükəsizlik təminatlarından danışa bilər.

Mənbə: report.az