Slutski Qərbi "ulduz müharibələri" ilə hədələdi

Slutski Qərbi "ulduz müharibələri" ilə hədələdi<span class="qirmizi"></span>

Qərb ölkələrinin Ukrayna münaqişəsinə cəlb edilməsi Yerə yaxın orbitdə döyüş fəallığına səbəb ola bilər.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski deyib.

Slutskinin sözlərinə görə, məlumatların aşağı orbitli qruplaşdırıcı qurğulardan istifadə etməklə Ukraynanın hərbi qüvvələrinə ötürülməsi dinc kosmosa dair beynəlxalq müqavilələri və kosmosdan istifadə prinsipləri haqqında sazişi pozur.

Mənbə: axar.az