Yaşar Gülər ​​Ərbildədir

Yaşar Gülər ​​Ərbildədir

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​İraqın paytaxtı Bağdaddakı görüşlərini tamamlayaraq Ərbilə gedib.

Bununla bağlı Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, nazirin Bağdadda Baş Qərargah rəisi, ordu generalı Metin Gürak ilə təmasları başa çatıb.

Daha sonra o, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə İraqın Ərbil şəhərinə gedib. Gülər ​​hava limanında səlahiyyətlilər tərəfindən qarşılanıb.

Mənbə: qafqazinfo.az